banner
banner

İdman

UEFA rəsmisi azarkeşlərin stadionlara mümkün qayıdış vaxtını açıqlayıb

UEFA rəsmisi azarkeşlərin stadionlara mümkün qayıdış vaxtını açıqlayıb

Azarkeşlərin UEFA-nın bayrağı altında keçirilən oyunlara buraxılması noyabrdan tez mümkün olmayacaq.

"Report" xəbər verir ki, bunu TASS-a açıqlamasında qitə futbol qurumunun İcraiyyə Komitəsinin üzvü Aleksey Sorokin deyib.

Rusiyalı funksioner bildirib ki, stadionların fanatların üzünə açılması UEFA Super Kuboku uğrunda bugünkü oyundan asılıdır: "Millətlər Liqasını hələlik azarkeşsiz oynayacağıq. Çox şey bugünkü qarşılaşmadan asılı olacaq. Bu, test matçıdır. Hər şey qaydasında olsa, azarkeşlərin oyunlara qayıdışını müzakirə etmək olar. Bu isə noyabrda mümkündür. Oktyabrda hər şey əvvəlki kimi qalacaq".

Qeyd edək ki, bu gün Macarıstanın paytaxtı Budapeştdəki "Ferents Puşkaş" stadionunda Almaniya "Bavariya"sı ilə İspaniya "Sevilya"sı arasında oynanılacaq Superkubok matçına təqribən 16 min azarkeş buraxılacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.