banner
banner

İdman

"Legiya"nın hücumçusu: "Qarabağ"la matç bizim üçün çox önəmlidir"

"Legiya"nın hücumçusu: "Qarabağ"la matç bizim üçün çox önəmlidir"

"Sonda qəələbə qazana bildik, ən vacib olan şey budur. Növbəti mərhələyə yüksəldik və hazırda pley-offdakı oyuna hazırlaşmalıyıq".

"Report"un məlumatına görə, bu fikirləri Polşanın "Legiya" komandasının futbolçusu Joze Kante Kosovo "Drita"sına 2:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının III təsnifat mərhələsinin oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

30 yaşlı hücumçu əla oyun göstərə bilmədiklərini bildirib. Qvineyalı forvard pley-off mərhələsində "Qarabağ"la görüşdən əvvəl daha çox çalışmalı olduqlarını vurğulayıb: "Yaxşı ki, "Şlyonsk"la çempionat matçı təxirə salınıb. Hətta deyərdim ki, buna ehtiyac var idi, çünki növbəti həftə çox vacib matçımız olacaq. Bu, liqa rəhbərliyinin verdiyi yaxşı qərardır, biz də bunu qiymətləndirməliyik. Çünki "Qarabağ"la oyun klubumuz üçün çox önəmlidir. Hazırlaşmaq üçün bir həftəmiz var, sabahdan "Qarabağ"la matça köklənəcəyik. Müsbət nəticə qazanacağımıza ümid edirik".

Qeyd edək ki, "Legiya" - "Qarabağ" matçı oktyabrın 1-də Varşavada keçiriləcək. Qalib komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.