banner
banner

İdman

“Atalanta” və “Milan” A seriyasında 3-cü qələbəsini qazanıb

“Atalanta” və “Milan” A seriyasında 3-cü qələbəsini qazanıb

İtaliya A seriyasında III turun son oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, üçüncü oyun günündə 5 qarşılaşma keçirilib.

Ardıcıl üçüncü qələbəsini qazanan “Milan” və “Atalanta” turu darmadağınla keçib. Berqamo təmsilçisi “Kalyari”ni, milanlılar “Spezia”nı üstələyib.

“Parma” “Verona” üzərində qələbəyə sevinib. “Latsio” ilə “İnter”in duelində qalib müəyyənləşməyib. “Bolonya” səfərdə “Benevento”ya uduzub.

“Yuventus”la “Napoli” arasında görüş baş tutmayıb. Buna neapolluların koronavirus səbəbindən matça gəlməməsi səbəb olub.

Qeyd edək ki, növbəti turun oyunları oktyabrın 17-19-da baş tutacaq.

İtaliya A seriyası
III tur
4 oktyabr
“Atalanta” – “Kalyari” – 5:2
Muriel, 7, Qomes, 29, Paşaliç, 37, Zapata, 42, Lammers, 81 – Qodin, 24, Pedro, 52
“Benevento” – “Bolonya” – 1:0
Lapadula, 66
“Latsio” – “İnter” – 1:1
Milinkoviç-Saviç, 55 – Martines, 30
“Parma” – “Verona” – 1:0
Kurtiç, 1
“Milan” – “Spezia” – 3:0
Leao, 57, 78, Ernandes, 76
“Yuventus” – “Napoli” – oyun baş tutmayıb



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.