banner
banner

İdman

Millimizin futbolçusu koronavirusa yoluxub

Millimizin futbolçusu koronavirusa yoluxub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyev Avropa çempionatının seçmə oyunlarına hazırlaşan komandanın toplanışında iştirak edə bilməyəcək.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səbəb Çexiyanın “Viktoriya Jijkov” klubunda çıxış edən yarımmüdafiəçinin koronavirusa yoluxmasıdır. Nəbiyevdən klubun düşərgəsində götürülmüş COVID-19 testi müsbət çıxıb. Bu səbəbdən, gənc oyunçu Çexiyadan Slovakiyaya yollanmayıb.

Nəbiyev milli komandaya bu gün Slovakiyada qoşulmalı idi.

Qeyd edək ki, U-21 millisi Slovakiya ilə oktyabrın 8-də Nitra şəhərində görüşməlidir. Oktyabrın 13-də isə yığma Qori şəhərində Gürcüstanın qonağı olacaq. 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.