banner
banner

İdman

"Üstünlük bizim tərəfimizdədir" - Monteneqro millisinin qapıçısı

"Üstünlük bizim tərəfimizdədir" -

"Millətlər Liqasına əla start verdik. Qarşıda Azərbaycan və Lüksemburqla iki vacib oyunumuz var. Hər iki görüşü evdə oynayacağımız üçün üstünlük bizim tərəfimizdədir".

Qol.az xəbər verir ki, bu sözləri Monteneqro millisinin qapıçısı Daniel Petkoviç UEFA Millətlər Liqasında Azərbaycan və Lüksemburqla keçirəcəkləri matçlar barədə ölkəsinin mətbuatına danışarkən deyib.

"Ümid edirəm ki, qrupda 1-ci yerlə bağlı məsələnin taleyini həll edəcəyik. Əvvəla, sağlamlığımızın qayğısına qalmalıyıq. Çünki görürük ki, ölkədə koronavirusla bağlı vəziyyət elə də yaxşı deyil" - deyə o bildirib.

Fransa "Anje"sində çıxış edən 27 yaşlı qolkiper son vaxtlar oyun praktikası ilə bağlı üzləşdiyi çətinliklərə baxmayaraq, meydana çıxmağa hazır olduğunu söyləyib: "Açığı, sanki harada olduğumu bilmirəm. Bir çox klubdan təklif almışdım, ancaq transfer gerçəkləşmdi. Məşqçlərimə davam edəcəyəm və qış transfer pəncərsini gözləyəcəm. Milliyə dəvət mənim üçün böyük təcrübə və karyeramda irəliyə doğru addımdır. Buna görə məmnunam və özümü yaxşı tərəfdən göstərib, yığmanın yaxşı nəticə qazanmasına kömək etmək istəyirəm".

Qeyd edək ki, oktyabrın 10-da keçiriləcək Monteneqro - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.