banner
banner

İdman

Aleksander Qogiç: "Azərbaycanla matça hazır olmaq üçün çalışacağıq"

Aleksander Qogiç: "Azərbaycanla matça hazır olmaq üçün çalışacağıq"

"Kipr millisinin üzvü olduğum üçün fəxr edirəm. Uşaqlıq xəyalım gerçəkləşir".

"Report"un məlumatına görə, bu fikirləri Kipr yığmasının futbolçusu Aleksander Qogiç yoldaşlıq görüşündə Çexiya, UEFA Millətlər Liqasında Lüksemburq və Azərbaycan yığmaları ilə oynayacaqları matçlardan öncə mətbuat konfransında deyib.

26 yaşlı müdafiəçi ötən ay yığmada debüt etməli olduğunu, lakin koronavirus testi müsbət nəticələndiyindən bu istəyinin alınmadığını bildirib: "Baş məşqçinin dediyi kimi hər üç matça hazır olmaq üçün çalışacağıq".

Qeyd edək ki, Kipr yığması oktyabrın 7-də Çexiyanı qəbul edəcək. Komanda bundan 3 gün sonra Lüksemburqun qonağı olacaq. Kiprlilər oktyabrın 13-də isə Albaniyada Azərbaycan millisi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.