banner
banner

İdman

"Mourinyonu avtobusun altına atdılar, Sulşerə də bunu edəcəklər"

"Mourinyonu avtobusun altına atdılar, Sulşerə də bunu edəcəklər"

“Mançester Yunayted”in sabiq kapitanı Roy Kin komandanın İngiltərə Premyer Liqasının 10-cu turunda “Tottenhem”ə 1:6 hesabı ilə uduzmasını şərh edib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı keçmiş yarımmüdafiəçi bunları deyib:

“Mançester Yunayted”in “Tottenhem”ə qarşı belə oynaması ayıbdır. Hamımız futbolun nə olduğunu bilirik və pis günlər keçirmişik. Amma bəzi futbolçular bu klubun adını ləkələyiblər. Ümumiyyətlə, olanların Sulşerə də təsir edəcəyini düşünürəm. Nəzərə alaq ki, futbolçular onun sərəncamındadır. Onlar əvvəlki məşqçiləri Joze Mourinyonu avtobusun təkərləri altına atdılar. Bunu Sulşerə qarşı da edəcəklər”.

Qeyd edək ki, Roy Kin 1993-2005-ci illərdə “Mançester Yunayted”də çıxış edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.