banner
banner

İdman

Türkiyə evdə heç-heçə edib, İslandiya aşağı liqaya yuvarlanıb

Türkiyə evdə heç-heçə edib, İslandiya aşağı liqaya yuvarlanıb
Millətlər Liqasında IV tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 20 matç keçirilib. A və C liqalarının hərəsində üç, B liqasında dörd qrupda II dövrəyə start verilib. Qardaş Türkiyə yığması növbəti ev sınağına çıxıb. B liqasının 3-cü qrupunda mübarizə aparan Şenol Günəşin yetirmələri Serbiya ilə qarşılaşıb. İlk üç matçda qələbə qazana bilməyən “ay-ulduzlular” bu dəfə də qalib gələ bilməyib. Türkiyəlilər iki top geridə olduqları matçda bir xal əldə edib – 2:2. Günün ən maraqlı qarşılaşmaları isə A liqasında baş tutub. 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının finalçılarının duelində Fransa səfərdə Xorvatiyanı məğlubiyyətə uğradıb. İtaliya və Niderlandın duelində qalib müəyyənləşməyib. İslandiya yığması A liqası ilə vidalaşıb. Belçikaya uduzan şimallılar 2-ci qrupda sonuncu yeri rəsmiləşdirib. Buna İngiltərənin evdə Danimarkaya uduzması da rol oynayıb. Xalı olmayan İslandiya növbəti turnirdə B liqasında çıxış edəcək.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.