banner
banner

İdman

Yeni komandama kömək etmək üçün var gücümü ortaya qoyacağam

Yeni komandama kömək etmək üçün var gücümü ortaya qoyacağam
"Belə bir komandaya gəldiyim üçün şadam. Sevinirəm ki, öz ənənəsi, titulları və tarixi olan klubun üzvüyəm. Yeni komandama kömək etmək üçün var gücümü ortaya qoyacağam". Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Bruno Teluşi klubun rəsmi "YouToube" kanalına açıqlamasında deyib. "Ağ-qaralar"ın tarixində ilk albaniyalı futbolçu olduğunu söyləyən dayaq yarımmüdafiəçisi bunun özü üçün əlamətdar hadisə kimi qiymətləndirib: "Albaniyanın "Neftçi"dəki ilk təmsilçisi kimi komandanın uğurlu çıxışı üçün maksimum çalışacağam. Əlimdən gələn ən yaxşısını etməyə çalışacağam. Komandanın uğurlarında pay sahibi olmaq istəyirəm. Çalışacağam ki, "Neftçi" mümkün qədər çox qələbə və çempionluq qazansın". Qeyd edək ki, Bruno Teluşi ilə mövsümün sonunadək müqavilə imzalanıb.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.