“Aston Villa” İngiltərə Premyer Liqasında ardıcıl 4-cü qələbəsini qazanıb
İngiltərə Premyer Liqasında V tur davam edir.
Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 4 matç baş tutub.
“Tottenhem”lə “Vest Hem” arasında London derbisində 6 qol vurulub. Meydan sahibləri ilk 16 dəqiqədə üç top fərqi ilə üstünlüyə yiyələnsə də, qələbə hesabını qoruya bilməyib. Matçın sonlarında üç dəfə fərqlənən qonaqlar bir xal əldə edib.
“Şeffild Yunayted” “Fulhem”lə ev oyununda, “Brayton” isə “Kristal Pelas”la səfər qarşılaşmasında məğlubiyyətdən qaçıb. “Lester”lə “Aston Villa”nın duelində qonaqlar bir qolla qalib gəlib. Bu, itkisiz irəliləyən Birminhem təmsilçisinin startda 4-cü qələbəsi olub.
Qeyd edək ki, tura oktyabrın 19-da yekun vurulacaq.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb