banner
banner

İdman

"Vilyarreal"ın hansı futbolçuları "Qarabağ"a qarşı oynamayacaq?

"Vilyarreal"ın hansı futbolçuları "Qarabağ"a qarşı oynamayacaq?

UEFA Avropa Liqasının I qrupunun II turunda "Qarabağ"la qarşılaşacaq İspaniya "Vilyarreal"ında zədəli futbolçuların durumuna aydınlıq gəlib.

"Report" "futbolfantasy.com" saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisinin 2 oyunçusu - Alberto Moreno və Dani Parexonun Ağdam klubu ilə matçı buraxacağı dəqiqdir. Həmçinin Pervis Estupinyan böyük ehtimalla meydana çıxa bilməyəcək.

Əvəzində Jerar Moreno və koronavirusdan sağalmış Sofian Çakla sıraya qayıdıb. Dizində zədəsi olan Funes Morinin isə oyuna kimi hazır olub-olmayacağı sual altındadır.

Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.