banner
banner

İdman

"Sabah" klubu iki futbolçusunu əfv etdi

"Sabah" klubu iki futbolçusunu əfv etdi

"Sabah" klubu əvəzedici komandaya göndərdiyi üç futbolçudan ikisi ilə bağlı qərar verib.

"Report"un əldə etdiyi məlumata görə, Masazır təmsilçisi hücumçu Emil Qasımovla yollarını ayırıb.

I Divizion təmsilçisi "Kəpəz"in təklifini müsbət dəyərləndirən klub rəhbərliyi 20 yaşlı forvardın Gəncə komandasına keçidinə mane olmayıb. Qasımov yeni klubu ilə 2020/2021 mövsümünün sonunadək müqavilə bağlayıb.

Müdafiəçi Elçin Mustafayev isə əvəzedici komanda ilə məşqlərə cəlb olunub. Arxa xətdə problem olduğundan, məşqçilər heyəti gənc oyunçunun xidmətindən yararlanmağa qərar verib. O, I Divizionda IV turun MOİK-lə oyununda (4:1) iştirak edib.

Digər futbolçu Şakir Seyidovla bağlı isə qərar qəbul olunmayıb. Rəhbərlikdən 20 yaşlı yarımmüdafiəçiyə hələ də fərdi məşq etməsi tapşırılıb.

Qeyd edək ki, "Sabah" rəhbərliyi yeni müqavilə təklifini geri çevirən hər 3 futbolçunu komandadan kənarlaşdırmışdı. Daha sonra onlar əvəzedici heyətə göndərilsələr də, komanda ilə məşqlərə buraxılmırdılar.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.