banner
banner

İdman

"Qarabağ" "Keşlə"yə böyük hesabla qalib gəlib

"Qarabağ" "Keşlə"yə böyük hesabla qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub.

"Report"un məlumatına görə, turun son matçında "Qarabağ" "Keşlə"ni qəbul edib.

"Azərsun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

4-cü dəqiqədə Filip Ozobiç, 12-ci dəqiqədə isə Bədavi Hüseynov fərqlənib. 26-cı dəqiqədə "Keşlə"nin heyətində Vüsal İsgəndərli fərqi azaldıb. Daha sonra 38-ci dəqiqədə Ovusu Kvabena, 60-cı dəqiqədə Filip Ozobiç, 65-ci və 89-cu dəqiqədə isə Mahir Emreli darmadağında pay sahibi olub.

Bir oyun az keçirən və xallarının sayını 12-ə çatdıran "Qarabağ" üçüncü pilləyə yüksəlib. Paytaxt klubu isə 9 xalla 5-ci sıradadır.

Qeyd edək ki, bu gün keçirilmiş "Sumqayıt" - "Neftçi" matçında hesab açılmayıb. İlk oyun günündə "Qəbələ" "Sabah"ı 2:1 hesabı ilə üstələyib. "Zirə" - "Səbail" görüşündə isə qapılara qol vurulmayıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.