"Sivasspor"un 4 futbolçusu "Qarabağ"la oyunu buraxacaq
UEFA Avropa Liqasının I qrupunun III turunda "Qarabağ"ı qəbul edəcək Türkiyə "Sivasspor"unda zədəli futbolçuların durumuna aydınlıq gəlib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, sol ayaq əzələsində yırtıq aşkarlanan Xorxe Feliks 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Daha əvvəl ayağından əməliyyat olunmuş Aaron Appindanqoenin müalicəsində sonuncu mərhələ başlayıb. Sağ dizində problem aşkarlanan Sergey Rıbalka və Ziya Erdalın 1 həftədən sonra məşqlərə başlayacağı bildirilib. Adıçəkilən 4 futbolçunun Ağdam təmsilçisi ilə matçı buraxacağı dəqiqdir.
Digər zədəli Marselo Qoyanonun isə yaxın günlərdə komanda ilə hazırlıq prosesinə qoşulacağı gözlənilir.
Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Sivasspor" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb