banner
banner

İdman

UEFA-dan AVRO-2020-nin Rusiyada keçirilə biləcəyi xəbərinə reaksiya

UEFA-dan AVRO-2020-nin Rusiyada keçirilə biləcəyi xəbərinə reaksiya

UEFA Fransanın "Le Parisien" nəşrinin AVRO-2020-nin yalnız Rusiyada keçirilə biləcəyi ilə bağlı yaydığı xəbərə münasibət bildirib.

"Report"un məlumatına görə, qitə futbol qurumundan TASS-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda əsas plan turnirin əvvəlcədən nəzərdə tutulduğu kimi, 12 şəhərdə təşkilidir.

Eyni zamanda, Avropa çempionatının ev sahiblərinin sayının azaldıla biləcəyi də istisna olunmayıb: "Bu, 12, 11, 8, 5 və ya 1 ölkə də ola bilər. İndi vəziyyəti qiymətləndiririk. Hələlik hansısa dəyişiklik müzakirə olunmayıb. Epidemioloji vəziyyətin inkişaf tempi, ölkələr arasında uçuşların necə həyata keçiriləcəyi və hökumətlərin nə cür reaksiya göstərəcəyinə baxmaq olduqca vacibdir".

Qeyd edək ki, Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.