banner
banner

İdman

Sloveniyalı futbolçu: "Azərbaycanla matçda qələbə qazanmaq istəyirik"

Sloveniyalı futbolçu: "Azərbaycanla matçda qələbə qazanmaq istəyirik"

"Uzun müddətdən sonra yenidən milli komandada olmaq çox xoşdur. Üç qarşılaşma olacaq və bu gün onlardan ilkini gerçəkləşdirəcəyik".

"Report" "Snportal.si" saytına istinadən xəbər verir ki, bu fikirləri Sloveniya yığmasının futbolçusu Tim Matavj bu gün Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl deyib.

Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Vahda" klubunda çıxış edən 31 yaşlı hücumçu qarşıdakı matçlara yaxşı hazırlaşdıqlarını bildirib.

Matavj Azərbaycanla görüşdə qələbə qazanmaq istədiklərini söyləyib. "Yaxşı formadayam, oynayır, qol vururam. Fürsət verilsə, istifadə etmək üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, bu gün Lyublyana şəhərindəki “Stojitse” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.