Mauro Lustrinelli: "Azərbaycan yığması bizə oynamaq imkanı vermədi"
"Bu, mürəkkəb oyunda möhtəşəm qələbə idi".
"Report"un məlumatına görə, bu fikirləri 21 yaşadək futbolçulardan ibarət İsveçrə millisinin baş məşqçisi Mauro Lustrinelli evdə Azərbaycan yığmasına 2:1 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə matçından sonra deyib.
44 yaşlı mütəxəssis geriyə düşdükləri oyundan sonra oynamağın asan olmadığını bildirib: "Rəqib bizə oynamaq imkanı vermirdi. Ancaq sona qədər özümüzə inandıq. Düşünürəm ki, bu nəticə axıradək qələbəyə inanan möhtəşəm komanda olduğumuz üçün meydana gəldi".
Lustrinelli Azərbaycan yığmasına qarşı ən yaxşı oyunlarını sərgiləyə bilmədiklərini söyləyib: "İradə, sona qədər hər şeyi vermək və oyunu qazanmaq əzmi inanılmazdır. Bunlara görə qələbə qazandıq".
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb