Monteneqrolu futbolçu: "Azərbaycana yaxşı qol fürsətləri verdik"
"Oyuna ciddi hazırlaşmışdıq. Bilirdik ki, 2 qələbə lazımdır və heç nə bizim əlimizdə deyil".
"Report"un məlumatına görə, bunu Monteneqro yığmasının futbolçusu Aleksandar Şçekiç "vijesti.me" saytına açıqlamasında UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Azərbaycanla qolsuz heç-heçə etdikləri oyun barədə danışarkən deyib.
29 yaşlı yarımmüdafiəçi ilk hissədə azlıqda qaldıqdan sonra çətinliklə üzləşdiklərini etiraf edib: "Düzdür, rəqibə yaxşı fürsətlər verdik. Buna baxmayaraq, sonadək mübarizə apardıq. Digər tərəfdən, Lüksemburqun büdrəməsi yenidən hər şeyin bizim əlimizə keçməsinə səbəb oldu".
Serbiya "Partizan"ında çıxış edən oyunçu son turda Kiprlə oynayacaqları matça da toxunub: "Qələbə qazanmalıyıq. Meydana 3 xal üçün çıxacağıq. Turniri yaxşı notlarla başa vurmaq istəyirik. Kipri səfərdə məğlub etmişik. Əminəm ki, biz daha yaxşıyıq. Bəlkə bu dəfə daha çox təzyiq olacaq. Lakin mən komandamızın gücünə şübhə etmirəm".
Qeyd edək ki, qrup mərhələsinin son turunda Azərbaycan Lüksemburqla, Monteneqro isə Kiprlə qarşılaşacaq. Hər iki görüş noyabrın 17-də baş tutacaq.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb