banner
banner

İdman

Loran Yans: "Azərbaycana qalib gəlib, digər oyunun nəticəsini gözləməliyik"

Loran Yans: "Azərbaycana qalib gəlib, digər oyunun nəticəsini gözləməliyik"

"Çox məyusuq. Bunu evdə Monteneqroya uduzduğumuz oyunla da müqayisə edə bilərik. Həmin görüşdən sonra da hamımız üzgün idik".

"Report"un məlumatına görə, bu fikirləri Lüksemburq yığmasının kapitanı Loran Yans "wort.lu" saytına açıqlamasında UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda səfərdə Kiprə 1:2 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi bu məğlubiyyətlə liderlik şansını əldən verdiklərini bildirib: "Zirvədəki yerimizi qorumaq istəyirdik. Əsas vəzifə bu idi. Ağır oyun olsa da, yaxşı qol fürsətləri yaxaladıq. Hamımız 1 xal üçün sonadək vuruşduq".

Belçika "Standard"ında çıxış edən futbolçu B Liqasına yüksəlmək şanslarının qaldığını söyləyib: "Həmişə deyirlər ki, futbolda hər şey olur. Amma realist olmaq lazımdır. Edə biləcəyimiz yeganə şey Azərbaycana qalib gəlib gözləməkdir. Monteneqronun Kiprlə matçda nə edəcəyinə baxmaq lazımdır".

Qeyd edək ki, noyabrın 17-də "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.