banner
banner

İdman

Qurban Qurbanov: "Ordumuz xəyallarımızı gerçəkləşdirdi"

Qurban Qurbanov: "Ordumuz xəyallarımızı gerçəkləşdirdi"

“Artıq qaçqın komandası deyilik, bu statusu daşımırıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Türkiyənin İhlas Xəbər Agentliyinə açıqlama verən təcrübəli mütəxəssis Ağdamın işğaldan azad olunmasına münasibət bildirib. Qurbanov qaçqın komanda adının artıq “Qarabağ”ın üzərindən götürüldüyünü bildirib.

48 yaşlı çalışdırıcı bunun sevincini bütün komanda olaraq birlikdə yaşadıqlarını söyləyib: “Biz “Qarabağ” klubu olaraq Azərbaycanda o zonanı təmsil edirdik. Artıq rəsmən “Qarabağ” Ağdam olaraq vurğulanacaq. Futbolçularımızla birlikdə bu günü bayram etdik. Hər kəs çox sevinirdi, bir-birini təbrik edirdi. Bir anda kollektiv daxilində pozitiv mühit yarandı. Bu günü yaşadığımız üçün Allaha şükürlər olsun. Başda Ali Baş Komandanımız olmaqla, Ordumuz, əsgərlərimiz bu sevinci bizə yaşatdı. Xəyallarımızı gerçəkləşdirdilər. Özüm və komandam adından hər birinə təşəkkür edirəm”.

Qeyd edək ki, Ağdam 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyindən, həmin vaxtdan “Qarabağ” ev oyunlarını Bakıda keçirib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.