banner
banner

İdman

Avropa Liqası: Həftənin futbolçusu adına türk namizəd

Avropa Liqası: Həftənin futbolçusu adına türk namizəd

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.

"Report"un məlumatına görə, bu ada Fransa "Lill"indən Burak Yılmaz, Norveç "Molde"sindən Maqnus Eykrem, Portuqaliya "Braqa"sında Qaleno və İtaliya "Milan"ından Yens Hauge iddia edir.

Yılmaz evdə Çexiyanın "Sparta" (Praqa) komandasını 2:1 hesabı ilə məğlub etdikləri matçda dubl edib. Eykrem İrlandiya "Dandolk"una 3:1 hesabı ilə qalib gəldikləri oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qaleno Yunanıstanda AEK-i 4:2 hesabı ilə üstələdikləri qarşılaşmada qol vurub. Hauge isə evdə Şotlandiya "Seltik"ini 4:2 hesabı ilə məğlub etdikləri görüşdə 1 qol və 1 məhsuldar ötürmənin müəllifi olub.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.