Ronaldo ən yaxşı futbolçu mükafatının səsverməsində Messini qabaqlayıb
İlin ən yaxşı futbolçusu mükafatının səsverməsinin nəticələri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, FİFA-nın səsverməsində qalib olan polşalı Robert Levandovski 52 faizlik göstəriciyə imza atıb.
“Bavariya”nın forvardı milli komandaların baş məşqçilərdən 554 xal alıb. O, kapitanlardan 631 səs toplayıb.
Mükafata namizəd olan final “üçlüy”ündə yer alan Kriştiano Ronaldo və Lionel Messinin yekun mövqeləri də bəlli olub. İtaliya “Yuventus”unun portuqaliyalı ulduzu 2-ci yeri tutub.
Ronaldo 38 faiz səs yığıb. O, baş məşqçilərdən 186, kapitanlardan 259 səs alıb.
Messi ondan 3 faiz geri qalıb. Baş məşqçilər ona 198 səs versə də, kapitanlar 207 xal verib.
Qeyd edək ki, səsvermədə 1-ci yer üçün 5, 2-ci yer üçün 3, 3-cü yer üçün 1 xal verilib.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb