"Mançester Yunayted" Premyer Liqada rekorda imza atıb
İngiltərənin "Mançester Yunayted" klubu yeni rekorda imza atıb.
"Report"un məlumatına görə, "qırmızı şeytanlar" Premyer Liqanın XIII turunda səfərdə "Şeffild Yunayted"i 3:2 hesabı ilə məğlub edib.
"Mançester Yunayted" çempionatda ardıcıl 10 səfər matçında 2 və daha çox qol vuran ilk komanda olub. Mankunianlar "Tottenhem"in 1960-cı ildəki rekordunu qırıb.
Qeyd edək ki, "Mançester Yunayted" qələbə sayəsində 23-cü xalını qazanıb və 6-cı pilləyə yüksəlib.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb