banner
banner

İdman

İspaniya millisində ötən ilin ən yaxşısı açıqlandı

İspaniya millisində ötən ilin ən yaxşısı açıqlandı

“Marca” nəşri İspaniya millisində 2019-cu ilin ən yaxşı futbolçusunu açıqlayıb.

Qol.az xəbər verir ki, ötən ilin ən yaxşısı hazırda “Əl-Sədd”də (Qətər) çıxış edən Santi Kasorla olub.

Yığmanın heyətində 2 dəfə (2008-ci il, 2012-ci il) Avropa çempionu adını qazanan Kasorla 2019-cu ilin may ayında İspaniya millisinə qayıdıb. Bunadək 36 yaşlı yarımmüdafiəçinin komanda ilə keçirdiyi son matç 2015-ci ildə İngiltərə üzərində 2:0 hesablı qələbə qazandıqları oyun olub.

Həmçinin Kasorla gələn il keçiriləcək Avro-2020-nin seçmə mərhələsi çərçivəsində 4 qarşılaşmaya çıxıb.

Qeyd edək ki, Santi Kasorla “Əl-Sədd”ə bu il “Vilyarreal”dan keçib. O, karyerası ərzində “Arsenal”, “Malaqa”, “Rekreativo” kimi komandalarda da oynayıb. Futbolçu “Arsenal”la 3 dəfə İngiltərə kubokunu və Superkubokunu qazanıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.