banner
banner

İdman

Maaşının azaldılmasına razı olmayan baş məşqçi istefaya göndərildi

Maaşının azaldılmasına razı olmayan baş məşqçi istefaya göndərildi

Türkiyənin "Qaziantep" klubu baş məşqçisi Marius Şumuditsa ilə yollarını ayırıb.

Qol.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Türkiyə mətbuatı rumıniyalı mütəxəssislə klub rəhbərliyi arasında münasibətlərin pisləşməsinə görə onun istefaya göndərildiyini yazıb. Baş məşqçinin maaşının azaldılması ilə razılaşmadığı üçün rəhərliyin bu addımı atdığı bildirilib.

50 yaşlı mütəxəssis bugünlərdə Türkiyə mətbuatına açıqlamasında illik maaşının 600 min avro olduğunu və həyat yoldaşına zəng edərək ondan pul istəyəcəyini bildirmişdi.

Qeyd edək ki, Şumuditsa 2019-cu ildən "Qaziantep"i çalışdırırdı. Hazırda komanda Superliqada 31 xalla 4-cü pillədədir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.