banner
banner

İdman

Tokiodakı Olimpiada iştirakçıları dörd gündən bir COVID-19 testindən keçəcək

Tokiodakı Olimpiada iştirakçıları dörd gündən bir COVID-19 testindən keçəcək

Tokioda keçirilməsi gözlənilən Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılar ən azı dörd gündə bir dəfə koronavirus testindən keçməli olacaqlar.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOK) tərəfindən açıqlanan idmançılar üçün qaydalar siyahısında deyilir.

Testin keçirilmə tezliyinin idmanın növündən və yarış cədvəlindən asılı olacağı qeyd olunur. Test nəticələrini smartfon üçün xüsusi tətbiq vasitəsilə izləmək mümkün olacaq.

 

Koronavirusa yoluxma aşkar edildikdə digər idmançıların məlumatlandırılması dərhal yoluxmuş şəxslərlə əlaqələrin izlənməsi üçün başqa bir tətbiq yolu ilə həyata keçiriləcək.

Xatırladaq ki Yay Olimpiya Oyunları Yaponiyanın paytaxtında 23 iyul - 8 avqust 2021-ci il tarixlərində, Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabr tarixlərində baş tutacaq.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.