banner
banner

İdman

“Meltvater” turniri: Şahmatçılarımız növbəti beş turda mübarizə aparıblar

“Meltvater” turniri: Şahmatçılarımız növbəti beş turda mübarizə aparıblar

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü - “Meltvater” turnirinin ikinci yarış günündə beş turun oyunları keçirilib.

Trend xəbər verir ki, yarışda mübarizə aparan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ardıcıl üç qarşılaşmada — FİDE təmsilçisi Alireza Firuzca, Maqnus Karlsen və ispaniyalı David Anton Quixarroya qarşı keçirdiyi oyunlarda məğlub olub. Şahmatçımız yeganə qələbəsini 9-cu turda isveçli Nils Qrandelius üzərində qazanıb. Ş.Məmmədyarov son turda niderlandlı Aniş Giri ilə mübarizədə də məğlub olub.

Turnirin altıncı turundan mübarizəyə başlayan digər təmsilçimiz T.Rəcəbov əvvəlki iki turda amerikalı Hikaru Nakamura, niderlandlı Yorden Van Forestlə heç-heçə edib, növbəti oyunlarda fransalı Maksim Vaşye-Laqrav və FIDE təmsilçisi Alireza Firuzcaya məğlub olub. Şahmatçımız günün son oyununda Maqnus Karlsenlə üz-üzə gəlib və bu qarşılaşma heç-heçə ilə nəticələnib.

On turdan 4,5 xal toplayan Teymur Rəcəbov turnir cədvəlində 11-cidir. Aktivində 4 xal olan Şəhriyar Məmmədyarov isə 12-ci sırada qərarlaşıb. Ötən turların nəticəsinə görə Aniş Giri (8 xal) liderdir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.