banner
banner

İdman

Avropa Liqasının oyununda meydana paltarsız girən şəxs həbs olundu

Avropa Liqasının oyununda meydana paltarsız girən şəxs həbs olundu

İspaniyanın "Qranada" və İngiltərənin "Mançester Yunayted" klubları arasında UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk matçında (0:2) meydana paltarsız girən iş adamı Olmo Qarsiya həbs olunub.

"Report" "Marca" nəşrinə istinadən xəbər verir ki, buna Qarsiyanın analoji hərəkəti Qranada şəhərindəki məktəblərdən birinin qarşısında təkrarlaması olub.

Hadisə bu gün səhər saatlarında baş verib. Onun yetkinlik yaşına çatmamış uşaqların qarşısına paltarsız çıxması görənləri təşvişə salıb. Dərhal polisə xəbər verən ətrafdakı insanlar Qarsiyanın saxlanılmasına nail olublar. İspaniyalı iş adamının barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, Olmo Qarsiya Qranadada idman qidasının satışı ilə məşğuldur.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.