banner
banner

İdman

"Mançester Yunayted" - "Liverpul" oyunu təxirə salındı - Azarkeşlər stadiona girdi

"Mançester Yunayted" - "Liverpul" oyunu təxirə salındı - Azarkeşlər stadiona girdi

İngiltərə Premyer Liqasının 34-cü turunda bu gün Bakı vaxtı ilə saat 19:30-da başlamalı olan "Mançester Yunayted" - "Liverpul" oyunu təxirə salınıb.

Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, "MY" azarkeşlərinin kluba etiraz əlaməti olaraq stadiona daxil olması görüşün qeyri-müəyyən vaxta təxirə salınmasına səbəb olub.

Artıq ikinci hətədir ki, "Mançester Yunayted" fanatları klubun sahibi Qleyzerlər ailəsinə Superliqaya daxil olduqları üçün etiraz edirlər. Bu gün isə minlərlə azarkeş əvvəlcə Mançesterdə etiraz aksiyası keçirib, daha sonra isə fanatların bir hissəsi "Old Trafford"a daxil olaraq matçın keçirilməsinə mane olub.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.