"McLaren" komandasının bütün diqqəti Bakının gözəl trasına yönəlib - Komandanın rəhbəri
Formula 1 üzrə Monako Qran-prisindən sonra "McLaren" komandasının bütün diqqəti Bakının gözəl trasına yönəlib.
Trend-in məlumatına görə, bunu komandanın rəhbəri Andreas Zaydl deyib.
O bildirib ki, Bakı trasının konfiqurasiyası uzun düz hissələrin və çoxlu ləng döngələrin olması ilə fərqlənir:
"Bu şəraitdə düzgün balansı tapmaq çox vacibdir. Bakıya qayıtmaq çox gözəldir. Ötən il pandemiya ilə əlaqədar burada yarış keçirilməmişdi. Monakodan fərqli olaraq bu trasın digər xüsusiyyətləri var və qarşıdakı həftəsonu bizi başqa cür çətinliklər gözləyir".
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb