Şenol Güneş Qurban Qurbanova forma hədiyyə etdi FOTO
Avropa çempionatının A qrupunun 2 oyununu Bakıda keçirəcək Türkiyə millisi Uelslə matçdan əvvəl ilk məşqinə çıxıb.
"Report"un məlumatına görə, "Bakcell Arena"da gerçəkləşən hazırlıq prosesində iki futbolçu iştirak etməyib.
Çağlar Söyüncü və Umut Meraş komandadan kənarda fizioterapevtlə birlikdə zalda məşq etməli olub.
"Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov "ay-ulduzlular"ın təlim-məşq toplanışını ziyarət edib. Türkiyə yığmasının baş məşqçisi Şenol Güneş 49 yaşlı mütəxəssisə millinin imzalı formasını verib.
Qeyd edək ki, AVRO-2020-nin açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması iyunun 16-da Bakı Olimpiya Stadionunda Uelslə qarşılaşacaq. Kollektiv 4 gün sonra İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb