"Fənərbağça"dan ayrıldı, "Kasımpaşa" ilə müqavilə bağladı
"Fənərbağça"nın qapıçısı Harun Tekin İstanbul təmsilçisindən ayrılıb. Milli.Az matc.az-a istinadən bildirir ki, 32 yaşlı qolkiper bundan sonrakı karyerasını "Kasımpaşa"da davam etdirəcək.
Bu barədə onun yeni klubu məlumat yayıb. Təcrübəli qolkiperlə 2 illik müqavilə imzalanıb. "Fənərbağça" ilə müqaviləsinin müddəti bu yay bitən futbolçu "Kasımpaşa"ya azad agent statusunda keçib. Qeyd edək ki, Harun Tekin 2018/19 mövsümündə "Bursaspor"dan 3 milyon avro qarşılığında "Fənərbağça"ya keçmişdi. O, İstanbul təmsilçisinin heyətində cəmi 47 matça çıxıb. Bu görüşlərdə 51 qol buraxan qolkiper, cəmi 18 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb