banner
banner

İdman

"Qarabağ" "Sumqayıt"a yoxlama oyununda qalib gəlib

"Qarabağ" "Sumqayıt"a yoxlama oyununda qalib gəlib

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Qarabağ" və "Sumqayıt" komandaları yoxlama oyununda üz-üzə gəliblər.

"Report" xəbər verir ki, "Azersun Arena"da keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüşdə ilk qolu 25-ci dəqiqədə "Qarabağ"ın yarımmüdafiəçisi İsmayıl İbrahimli vurub. 40-cı dəqiqədə İsmayıl İbrahimli hesabı bərabərləşdirib.

İkinci hissədə komandalar meydana ehtiyat heyətlərinin əksər üzvlərini buraxıblar. 55-ci dəqiqədə Ağdam təmsilçisindən Seyxan Fərəcov komandasını yenidən önə keçirib. Oyunda son nöqtəni isə 86-cı dəqiqədə Filip Ozobiç qoyub.

"Qarabağ" daha əvvəl yoxlama matçında "Keşlə"ni 7:0 hesabı ilə məğlub edib. "Gənclik şəhəri" təmsilçisi isə ilk sınaq matçını keçitib.

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasında İsrailin "Aşdod", "Sumqayıt" isə Serbiyanın "Çukariçki" kollektivi ilə üz-üzə gələcək.

Yoxlama oyunu

18:30. "Qarabağ" - "Sumqayıt" - 3:1

Qollar: İsmayıl İbrahimli, 25. Seyxan Fərəcov, 55. Filip Ozobiç, 86 - Rəhim Sadıxov, 40

Baş hakim: Əliyar Ağayev

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.