banner
banner

İdman

Mahir ÇL-in oyununda əsas heyətdə olacaq - Polşa mətbuatı

Mahir ÇL-in oyununda əsas heyətdə olacaq - Polşa mətbuatı

“ÇL-də matçda oynayacaq yeganə yeni futbolçu Mahir Emreli olacaq”

Polşa mətbuatı millimizin hücumçusu Mahir Emrelinin “Legiya”dakı çıxışları haqda müsbət fikirdədir.

Qol.az xəbərinə görə, “Sports Review” yazır ki, Avstriyadakı təlim-məşq toplanışı zamanı azərbaycanlı futbolçu əla formada olduğunu göstərib və komandanı gücləndirə bilər. “Güman etmək olar ki, Çempionlar Liqasında “Bude/Qlimt”ə (Norveç) qarşı matçda oynayacaq yeganə yeni futbolçu Mahir Emreli olacaq”.

Onların fikrincə, komandaya qoşulan digər yeni futbolçulardan Lindsi Rouz, Mayk Navrotki, Coel Abu Hann, Mattias Yohanssen və Xosue ilk dəqiqələrdən meydana çıxmağa hazır deyillər.

“Sports Review” Mahirin əsas heyətdə yer alacağı qənaətindədir.

Qeyd edək ki, "Legiya"nın ÇL-in birinci təsfinat mərhələsində “Bude/Qlimt” qarşı oyunları iyulun 7-i və 14-də keçiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.