Avro-2020: Final və yarımfinal oyunlarının hakimləri bəlli oldu
Avro-2020-nin yarımfinal və final oyunları üçün hakim təyinaları açıqlanıb.
Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, türkiyəli referi Cüneyt Çakır qarşıdakı 3 oyunun heç birinə təyinat almayıb.
İyulun 6-da keçiriləcək İtaliya - İspaniya yarımfinalını almaniyalı Feliks Brix idarə edəcək. İyulun 7-də oynanılacaq digər yarımfinal - İngiltərə - Danimarka görüşü isə niderlandlı Denni Makkeileyə tapşırılıb. İyulun 11-də olacaq final qarşılaşmasının baş hakimi isə niderlandlı Byörn Kuypers olacaq. Bu, Kuypersin karyerasında ilk Avropa çempionatı finalı kimi tarixə düşəcək.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb