banner
banner

İdman

"Qarabağ"ın sabiq hücumçusu narkotik qəbul etdiyini təsdiqlədi

"Qarabağ"ın sabiq hücumçusu narkotik qəbul etdiyini təsdiqlədi

Narkotik maddə qəbul etməkdə ittiham olunan və bu səbəbdən Rumıniyanın "Dinamo" klubundan qovulan futbolçu Maqaye Geye günahını etiraf edib.

"Report" "fanatik.ro" saytına istinadən xəbər verir ki, Seneqal əsilli fransalı hücumçu etdiyi əməldən peşman olduğunu bildirib.

31 yaşlı forvardın etirafını nəzərə alan Rumıniya Milli Antidopinq Agentliyi onu 3 ay müddətinə cəzalandırıb. Bu isə o deməkdir ki, təcrübəli oyunçu yenidən futbola qayıda biləcək.

Qeyd edək ki, Maqaye Qeye 2019/2020 mövsümündə "Qarabağ"ın heyətində 28 oyun keçirib və 8 qol vurub. O, 2020-ci ilin oktyabrında "Dinamo"ya keçib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.