banner
banner

İdman

Bəzi oyunçular Sautqeytin bu qərarına təəccübləniblər

Bəzi oyunçular Sautqeytin bu qərarına təəccübləniblər

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeytin Avro-2020-nin finalında İtaliya ilə matçda (əsas və əlavə vaxt – 1:1, penaltilər seriyası – 2:3) penalti seriyasındakı qərarlarının təfərrüatları məlum olub.

Qol.az xəbər verir ki, Sautqeytin seçdiyi oyunçulardan Bukayo Saka, Markus Reşford və Ceydon Sanço penaltini dəqiq yerinə yetirə bilməyiblər. “Daily Mail”in yaydığı məlumata görə isə ingiltərəli bəzi oyunçular Sakanın görüşdə 5-ci penaltini yerinə yetirməsi qərarına təəccübləniblər. 19 yaşlı oyunçu məşqlərdə penalti zərbələri ilə seçilib və baş məşqçinin diqqətini cəlb etməyi bacarıb.

Belə ki, Sautqeyt geridə qalan mövsüm ərzində futbolçuların çıxışını izləyib və onların penalti zərbələrinə diqqət edib. Hətta mütəxəssisin köməkçisi Stiv Holland ən yaxşı penalti yerinə yetirən oyunçuların siyahısını tərtib edib. Cədvələ əsasən, Markus Reşford, Ceydon Sanço və Bukayo Saka digərlərini qabaqlayıb.

Saka uğursuzluğundan sonra İngiltərə vətəndaşlarının çoxu tərəfindən dəstəklənib. Lakin millinin bəzi futbolçuları Sautqeytin yığmada cəmi 9 oyun keçirən gəncə penalti yerinə yetirmək şansı verməsinə təəccüblənib.

Bildirilir ki, Saka qol vursaydı, daha sonrakı penaltiləri ardıcıl olaraq Cek Qreliş, Cordan Pikford, Kalvin Filips yerinə yetirəcəkdi. Daha əvvəl isə Pikfordun 6-cı penaltini yerinə yetirəcəyi planlaşdırılsa da, Qriliş özü zərbə vurmaq istədiyini bildirib və sonradan siyahıda düzəliş edilib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.