banner
banner

İdman

Qurban Qurbanov Ozobiçin millimizdə oynamasına münasibət bildirib

Qurban Qurbanov Ozobiçin millimizdə oynamasına münasibət bildirib

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov xorvatiyalı futbolçu Filip Ozobiçin Azərbaycan millisinə cəlb edilməsinə münasibət bildirib.

"Report" xəbər verir ki, təcrübəli mütəxəssis 30 yaşlı yarımmüdafiəçi ilə bu məsələ haqqında danışdığını söyləyib.

Qurbanov AFFA rəsmiləri ilə də söhbət etdiyini sözlərinə əlavə edib: "Milliyə faydalı olmasını istəyirəm. Onsuzda mən neçə illərdir ki, ondan komandam üçün faydalanmağa çalışıram. Yığmada oynamaq hər oyunçu üçün məsuliyyətdir. İnanıram ki, faydalı olacaq. İndi Ozobiçin daha çox milliyə faydalı olmasını düşünürəm, nəinki bizdə yerli pasportla oynamasını. Komandamızdan milliyə çox oyunçu gedib. Çalışmışıq ki, hamısı da yaxşı formada getsin. Ozobiçə uğurlar arzulayıram".

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.