banner
banner

İdman

Tokio-2020: Medallara görə ən çox pul ödəyən ölkələr açıqlanıb

Tokio-2020: Medallara görə ən çox pul ödəyən ölkələr açıqlanıb

"Forbes" maliyyə-iqtisadi jurnalı Tokio-2020 Yay Olimpiya Oyunlarının medalçılarına ən böyük məbləğdə pul ödəmiş ölkələrin reytinqini açıqlayıb.

"Report"un məlumatına görə, siyahıya öz medalçılarına 9,07 milyon dollar verən İtaliya başçılıq edir. Bu ölkə 10 qızıl, 10 gümüş və 20 bürünc medal qazanıb.

İkinci yerdə 39 qızıl, 41 gümüş, 33 bürünc medala görə 7,84 milyon dollar sərf etmiş ABŞ qərarlaşıb. Üçüncü yeri isə 10 qızıl, 12 gümüş, 11 bürünc medaldan ötrü 6,51 milyon dollar xərcləmiş Fransa tutur.

Ən böyük ödəniş etmiş ölkələrin reytinqi:

1. İtaliya (9,07 milyon dollar)

2. ABŞ (7,84)

3. Fransa (6,51)

4. Macarıstan (5,64)

5. Tayfan (4,92)

6. Yaponiya (4,03)

7. İspaniya (2,55)

8. Türkiyə (2,26)

9. Serbiya (2,01)

10. Honq Konq (1,93)

Qeyd edək ki, Tokio-2020 23 iyul - 8 avqustda keçirilib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.