banner
banner

İdman

“Neftçi”nin futbolçusu: “Helsinkidə bizi çətin oyun gözləyir”

“Neftçi”nin futbolçusu: “Helsinkidə bizi çətin oyun gözləyir”

“Bizi çətin oyun gözləyir. Çalışacağıq ki, məşqçinin tapşırıqlarını dəqiqliklə yerinə yetirək”.

Musavat.com "Oxu.Az"a istinadən xəbər verir ki, bu fikirləri “Neftçi”nin futbolçusu Sezar Mesa Kolli Finlandiyada HİK-ə qarşı keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

Yarımmüdafiəçi paytaxt təmsilçisində özünü yaxşı hiss etdiyini bildirib:

“Məşqçilər və futbolçulardan çox razıyam. Sabah da əlimdən gələni edəcəyəm ki, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirim. Komandaya xeyir vermək istəyirəm”.

Qeyd edək ki, HİK – “Neftçi” oyunu sabah Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək. İlk matçda qalib müəyyənləşməyib – 2:2.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.