"Barselona"da ödəniş öhdəlikləri 1,3 milyard avronu ötüb
İspaniya "Barselona"sının maliyyə durumu daha da pisləşib.
"Report"un məlumatına görə, bu barədə klubun prezidenti Joan Laporta Kataloniya təmsilçisinin rəsmi tvitter səhifəsinə açıqlamasında deyib.
59 yaşlı funksioner bildirib ki, klubun bank borcları əhəmiyyətli dərəcədə artıb, ödəniş öhdəlikləri isə 1 milyard 350 milyon avroya çatıb: "553 milyonluq mənfi dövriyyə kapitalımız var. Bu, yüksək məbləğdir və düşdüyümüz vəziyyətdən xəbər verir".
O, həmçinin illik maliyyə itkisinin 481 milyon avro olduğunu, koronavirus pandemiyası səbəbindən cəmi 550 milyon avro kredit götürə bildiklərini əlavə edib
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb