banner
banner

İdman

Azərbaycanlı futbolçu ABŞ klubu ilə vidalaşıb

Azərbaycanlı futbolçu ABŞ klubu ilə vidalaşıb

Almaniyanın "Şalke" klubunun II komandasına keçən Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov ABŞ-ın "Finiks Rayzinq" klubu ilə vidalaşıb.

"Report"un məlumatına görə, 30 yaşlı hücumçu bu barədə instaqram hesabından paylaşım edib.

Təcrübəli forvard Arizona təmsilçisində hər kəsə təşəkkür etdiyini yazıb: "Klubla və insanlarla keçirdiyim 2 il həqiqətən möhtəşəm idi. Məni qardaş kimi qarşıladınız. Bunu heç vaxt unutmayacağam. Bu təcrübəni yaşadığım üçün sizə minnətdaram. Mənim üçün etdiyiniz hər şeyi qiymətləndirirəm. Həyatımızın həmin anları heç vaxt unudulmayacaq. "Finiks Rayzinq"ə hər şeyin ən yaxşısını arzulayıram".

Qeyd edək ki, Rüfət Dadaşov Almaniyada "Kayzerslautern", "Saarbrükken", "Dinamo" (Berlin) və "Pröyssen" komandalarında da çıxış edib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.