Azərbaycanın voleybol millisi bu gün Rusiya ilə qarşılaşacaq
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirəcək.
"Report"un məlumatına görə, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı üçüncü sınağında Rusiya yığması ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 19:00-da başlayacaq qarşılaşma İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan yığmasının heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova və Anastasiya Bayduk çıxış edəcəklər.
Avropa çempionatı
A qrupu
19:00. Azərbaycan - Rusiya
Qeyd edək ki, Azərbaycan millisi A qrupundakı ilk iki oyununda Belçika və Bosniya və Herseqovina seçmələrinə müvafiq olaraq, 0:3 hesabı ilə uduzub. Xalı olmayan yığma sonuncu - 6-cı pillədə qərarlaşıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb