banner
banner

İdman

Qurban Qurbanov: “Futbolçularımız oynamağı bacarır”

Qurban Qurbanov: “Futbolçularımız oynamağı bacarır”

“Biz kifayət qədər çətin səfər etmişdik. Belə qələbədən çox razıyıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. 49 yaşlı mütəxəssis Konfrans Liqasının pley-off mərhələsinin “Aberdin”lə Şotlandiyadakı cavab oyunundan sonra mətbuat konfransı keçirib. O, komandasının 3:1 hesabı ilə qalib gələrək qrup mərhələsinə yüksəlməsinə münasibət bildirib: “Ab-hava gözəl, möhtəşəm idi. Azarkeşlər əla idi. Öz komandamı təbrik edirəm. Deməzdim ki, asan qələbə qazandıq. Bizim futbolçular oynamağı bacarır, biz də yaxşı hazırlaşmışdıq. Çox şadam ki, futbolçularım son saniyəyədək oynadılar. Burada əla meydan var. Burda, belə azarkeşlər qarşısında oynadığımıza xoşbəxtik. Oyunçularımın da xoşuna gəldi. Biz həmişə hücum futbolu oynamaq, yaxşı nəticə qazanmaq istəmişik”.

Qeyd edək ki, “Qarabağ” bununla da tarixində ardıcıl olmaqla 8-ci dəfə avrokuboklaırn qrupuna düşüb.

 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.