banner
banner

İdman

DÇ-2022: Azərbaycan millisi Portuqaliya ilə qarşılaşacaq

DÇ-2022: Azərbaycan millisi Portuqaliya ilə qarşılaşacaq

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində II dövrə start götürəcək.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması VI turda Portuqaliya ilə qarşılaşacaq. Millimiz A qrupunun favoritini evdə qəbul edəcək. Bakı Olimpiya Stadionundakı matç Canni de Byazinin yetirmələrinin doğma meydanda ikinci matçı olacaq.

Yarım il əvvəl Serbiyaya 1:2 hesabı ilə uduzan komandamız adlı-sanlı rəqibini büdrətməyə çalışacaq. Əsas ulduzu Kriştiano Ronaldo cəzalı olduğundan qonaqlar Bakıya itki ilə gəlib. Millimiz də Maksim Medvedev, Rüstəm Əhmədzadə və Anton Krivotsyukun xidmətindən məhrum olub.

Qeyd edək ki, millimiz seçmə mərhələyə Portuqaliya ilə səfər matçı ilə start verib və 0:1 hesabı ilə uduzub.

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsi
VI tur, A qrupu
7 sentyabr
20:00. Azərbaycan - Portuqaliya
Baş məşqçi: Marko Quida (İtaliya)
Bakı Olimpiya Stadionu

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.