Azərbaycan medal əyarında 4-cü, medal sayında 5-ci yeri tutub.
Cia.az xəbər verir ki,Azərbaycan idmançıları Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarını 60 medalla başa vurublar. Yarışlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunub. İdmançılarımız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9) və muaytay (tayboks, 6) idman növlərində mübarizə aparıblar.
Altmış medaldan 15-i qızıl, 16-sı gümüş, 29-u isə bürüncdür. Azərbaycan medal əyarında 4-cü, medal sayında 5-ci yeri tutub.
Qeyd edək ki, birinci MDB Oyunlarında 9 ölkə mübarizə aparıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb