Dünya çempionatı başlayır: Qadın millimiz ermənilərə qarşı
Bu gün qadınlardan ibarət şahmat milli komandamız İspaniyanın Barselona şəhərinin cənub-qərbində yerləşən Sices qəsəbəsində keçiriləcək dünya çempionatında mübarizə aparacaq.Cia.az-ın xəbərinə görə, Gülnar Məmmədova (2406), Ülviyyə Fətəliyeva (2310), Günay Məmmədzadə (2280), Türkan Məmmədyarova (2243) və Zeynəb Məmmədyarovadan (2198) ibarət komandamız A qrupunda yarışacaq.
Komandamız bu gün ilk iki turda əvvəlcə Hindistan, daha sonra Ermənistanla qarşılaşacaq. Hindistanla görüş Bakı vaxtı ilə saat 17:00-da, Ermənistanla qarşılaşma saat 20:00-da başlayacaq.
Qeyd edək ki, A qrupunda Rusiya Federasiyasının Şahmat Komandası, Fransa və İspaniya komandaları da mübarizə aparır. B qrupunda isə FIDE Amerikas (Peru, Argentina, Kanada, Paraqvay və Kubadan ibarət şahmatçılar – S.M.), Ukrayna, Qazaxıstan, Almaniya, Gürcüstan və Polşa milliləri yarışacaq.
Qrupda ilk 4 sıranı tutan komandalar 1/4 finala vəsiqə qazanacaq. Dünya çempionatına oktyabrın 2-də yekun vurulacaq.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb