İtalya A seriyasında “Napoli” ilə ev oyununda rəqibin müdafiəçisi Kalidu Kulibaliyə qarşı irqçi şüarlar səsləndirən azarkeş ağır cəzaya məruz qalacaq.
Apasport.az saytının “La Gazzetta dello Sport”a istindən məlumatına görə, təhqiramiz ifadələrə yol verən florensiyalıya ömürlük qadağa qoyulacaq.
“Fiorentina” rəhbərliyi həmin şəxsin kimliyini hələ müəyyənləşdirməsə də, onun bir daha ev oyunlarında stadiona buraxılmayacağı barədə qərar qəbul edib. Yerli polis araşdırmalardan sonra hələlik bir şübhəlini yaxalayıb. Qeyri-etik sözləri onun işlətdiyi təsdiqləndikdən sonra həmin şəxsin kimliyi kluba bildiriləcək.
Qeyd edək ki, “Napoli”nin səfərdə 2:1 hesablı qələbə qazandığı matçda yerli fanatlardan biri Kulibaliyə “lənətlənmiş meymun” deyib.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb