Azərbaycanda matç təxirə salındı, idmançılardan COVID testi götürüldü
Futzal üzrə Azərbaycan Yüksək Liqasının 9-cu turunda “Xilə” – “Baku Fire” qarşılaşması təxirə salınıb.
Cia.az xəbər verir ki, buna səbəb “Xilə” komandası bir neçə oyunçusunun səhhətində narahatlığın yaranmasıdır (yüksək temperatur). Klub məsələ ilə bağlı Azərbayan Futzal Federasiyasına müraciət edib.
Bunu nəzərə alan federasiya matçın qeyri-müəyyən vaxta təxirə salınması barədə qərar qəbul edib. Həmin futzalçılardan koronavirusla bağlı test götürülüb. Hələlik nəticələr açıqlanmayıb.
Qeyd edək ki, görüş noyabrın 26-da keçirilməli idi.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb