Görmə məhudiyyətli idmançıların dünya çempionatı Bakıda keçiriləcək
Azərbaycanda ilk dəfə paracüdo üzrə dünya çempionatı keçiriləcək.
Cia.az-a verilən xəbərə görə, 7-9 noyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı və Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə Bakı şəhərində cüdo idman növü üzrə dünya çempionatı təşkil olunacaq.
Dünya çempionatında 40-dan çox ölkənin aparıcı idmançılarının iştirakı gözlənilir və bu yarış Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün lisenziya xalı qazandıracaq.
Qeyd edək ki, dünya çempionatından öncə beynəlxalq həkimlərin iştirakı ilə idmançılar üçün tibbi təsnifat keçiriləcək.
Xatırladaq ki, paracüdo üzrə yarışların əsas təşkilatçısı Beynəlxalq Görmə Məhdudiyyətli İdmançıların Assosiasiyasıdır (IBSA). Bu qurumun vitse-prezidenti isə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, cüdoda Avropa üzrə koordinatoru isə Cüdo Federasiyasının sabiq baş katibi Elmar Babanlıdır.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb